Mübariz Mənsimovun adı cinayət işinə qarışdı
Azərbaycanlı iş adamı mütəşəkkil dəstənin işi üzrə polisə ifadə verəcək
Türkiyədə hüquq-mühafizə orqanlarının son günlərdə həyat keçirdiyi əməliyyat tədbirləri nəticəsində böyük bir cinayətkar dəstə zərərsizləşdirilib.
Lent.az-ın məlumatına görə, “Saxta cürük raporu çətəsi”nin (hərbi xidmətdən yayınmaq istəyənlərə saxta “hərbi xidmətə yararsız” arayışı verən mütəşəkkil dəstə) “Ergenekon”la bağlantıları üzə çıxıb. Bu iş üzrə yüksək rütbəli hərbçilər, yüksək vəzifəli məmurlar, tanınmış iş qadını Sibel Çaxmaqlı və onun oğlu da tutulub. Sibel Çaxmaqlı daha sonra sərbəst buraxılıb.
Türkiyənin “Akşam” qəzeti bu işlə bağlı maraqlı məlumat yayıb. Qəzet yazır ki, bir iş adamı İstanbulun Beşiktaş rayonunda özünə məxsus bir ərazidə tikinti aparmaq istəyib. Lakin Türkiyə Hərbi Hava Qüvvələri iş adamının müraciətinə müsbət cavab verməyib. Həmin ərazidə inşaat işlərinin aparılmasının qanunsuz olduğunu bildirib.
Sözügedən iş adamı məsələni həll etmək üçün Sibel Çaxmaqlıya üz tutub. Öz növbəsində Çaxmaqlı hərbi prokuror, polkovnik Zəki Üçokla görüşüb və ərazidə tikinti aparılmasına icazə alıb.
Həmin iş adamının azərbaycanlı biznesmen Mübariz Mənsimov olduğu ortaya çıxıb. Qəzet yazır ki, Mənsimov özünə məxsus ərazidə özəl xəstəxana tikdirmək niyyətindədir. “Palmali” Şirkətlər Qrupunun rəhbəri olan Mənsimovun ifadə verməsi üçün polisə çağırılacağı bildirilir.

410