“Mən qatil deyiləm…”
İki nəfərin qətlində təqsirləndirilən şəxs belə deyir
Sentyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə iki nəfəri qətlə yetirməkdə, beş nəfərə isə ağır xəsarət yetirməkdə ittiham olunan Zaur Həziyevin məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə son söz verilib. Z.Həziyev son sözündə bu cinayəti törətmədiyini, hadisə baş verən gün Beyləqan şəhərində olmadığını, Gəncəyə, anasıgilə getdiyini bildirib: “Bu cinayəti mən törətməmişəm. Mən qatil deyiləm, 7 övladım var, heç vaxt bu hərəkəti eləmərəm. Qaynım Fədai Zeynalov və qayınatam Cavanşir Zeynalovun ölümünə səbəb Fədainin arvadı Gülşən Zeynalovanı Cəmaləddin Muradov adlı şəxslə birgə görməsidir. Cəmaləddin Muradov qaynımı və qayınatamı öldürüb. Fədaini öz qardaşım kimi bilmişəm. Heç vaxt əlim gəlməzdi ki, ona bir xətər yetirim. Zeynalovlar ailəsi öz namuslarını təmizləmək üçün cinayəti mənim üstümə yıxıblar. Məni bu vəziyyətə salan Zeynalovlar ailəsidir. Ona görə də, sizdən xahiş edirəm ki, bu ədalətli qərar çıxarasınız. Bu cinayətin açılmasında, əsl cinayətkarın tapılmasında köməyinizi əsirgəməyəsiniz”.
Məhkəmə yekun qərarın oktyabrın 2-də açıqlanacağını bildirərək müşavirəyə yollanıb.
Qeyd edək ki, prokuror Z.Həziyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama əsasən, Z.Həziyev ötən il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri, qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu qətlə yetirib. Baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva, Xətai Mirəyevə isə ağır bədən xəsarətləri yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

411