Daha bir İran vətəndaşı məhkum edildi
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub.
Lent.az-ın məlumatına görə, İran vətəndaşı Taəti Cəfrudi Əkbərə məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, ittihama əsasən, Taəti Cəfrudi Əkbər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinib.
Taəti Cəfrudi DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri Nizami küçəsində kirayə yaşadığı evdə tutulub. Onun evinə baxış zamanı 4 kiloqram 088,726 qram heroin və narkotik vasitənin hazırlanmasında istifadə edilən əşyalar aşkar edilərək götürülüb.
Fərid Əkbərov

379