Qusar sakini Samur-Abşeron kanalında batıb
30 sentyabr 2009 11:30 (UTC +04:00)

Qusar sakini Samur-Abşeron kanalında batıb

Bəmirə Səfərovanın cəsədi batdığı yerdən 60 km aralıda tapılıb

1961-ci il təvəllüdlü Bəmirə Əliosman qızı Səfərovanın Samur-Abşeron kanalının Qusar rayonunun Urvaoba kəndi ərazisindən keçən hissəsində, nəzarət olunmayan ərazidə naməlum şəraitdə batması barədə məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin xilasediciləri axtarışlara cəlb olunub.

Bəmirə Səfərovanın cəsədi bu gün saat 08:54-də batdığı yerdən 60 km aralıda tapılaraq sudan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar