Mətləb Mütəllimli Dövlət Yol Polisini məhkəməyə verdi
Səbəb onun avtomobilinin polislər tərəfindən “cərimə meydançası”na aparılmasıdır
Azadlığın və Sülhün Müdafiəsi (ASM) beynəlxalq hüquq təşkilatının sədri Mətləb Mütəllimli Dövlət Yol Polisi (DYP) İdarəsinə qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Bu barədə Lent.az-a ASM-in mətbuat xidmətinin rəhbəri Əli İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ərizədə bildirilir ki, DYP vətəndaşların nəqliyyat vasitələrini küçələrdən qanunsuz daşımağı özü üçün biznes sahəsinə çevirib: “Bakının əksər küçələrində lazım oldu-olmadı qadağan nişanları, sarı xətlər çəkilib. Bunun əsasında avtomaşınlar cərimə meydançasına daşınır və sahiblərindən şişirdilmiş cərimələr alınır. Qadağan edilmiş yerdə maşın saxlamağa görə, 15 manatdan 20 manata qədər cərimə nəzərdə tutulur. Yol polisi tərəfindən qaçırılaraq “cərimə meydançaları”na kütləvi şəkildə daşınan maşınlara görə isə vətəndaşlar incidilir və onlar 100 manata qədər xərc çəkməyə məcbur edilir“.
Ə.İbrahimovun sözlərinə görə, M.Mütəllimlinin özünün də nəqliyyat vasitəsi bu yolla aparılıb. ASM sədri məhkəmədən DYP-nin hərəkətinə hüquqi qiymət verilməsini, eləcə də vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müvafiq qətnamə çıxarılmasını xahiş edib.
Pərvin ABBASOV

498