Quantanamoda saxlanılan azərbaycanlı azadlığa buraxılacaq
29 sentyabr 2009 18:45 (UTC +04:00)

Quantanamoda saxlanılan azərbaycanlı azadlığa buraxılacaq

Quantanamodan azadlığa buraxılacaq 75 məhbusun siyahısında Azərbaycan vətəndaşı Polad Siracovun da adı var.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda 223 məhbusun saxlandığı həbsxananın mətbuat katibi, leytenant Brik Devolt bildirib ki, artıq azad olunacaq məhbusların siyahısı ərəb, puştu və ingilis dillərində Quantanamonun bütün ərazisindəki binalarda asılıb.

Siyahıda artıq ötən həftə azad edilərək İrlandiyaya göndərilmiş 1 Özbəkistan və 7 illik məhbus həyatı yaşadıqdan sonra ölkəsinə qayıtmış 1 Yəmən vətəndaşı ilə yanaşı, daha 26 yəmənli məhbus, 13 Çin, 9 Tunis, 7 Əlcəzair, Suriya, Liviya və Səudiyyə Ərəbistanının hər birinin 4, Misir və Küveytin hər birinin 2, Azərbaycan və Tacikistanın hər birinin isə 1 vətəndaşı var. Lakin məhbusların hansı ölkələr göndəriləcəyi hələlik açıqlanmır.

Obama Administrasiyası ötən həftə, həmçinin, bəyan edib ki, Quantanamoda cəza çəkən 8 uyğur da azad edilərək Palau adalarına göndəriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının gələn ilin yanvarına qədər bağlanmasını nəzərdə tutsa da, müdafiə naziri Robert Qeyts sentyabrın 27-də bunu qeyd olunan müddətdə icra etmək çox çətin olacaq.

Qeyd edək ki, P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb, bir daha geri qayıtmayıb. 2002-ci il yanvarında ailəsinə onun talibançılarla birlikdə həbs olunaraq, Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar