Abbas Abbasov oğluna toy eləyir - EKSKLÜZİV
Baş nazirin sabiq müavini bu məqsədlə Bakıya gəlib
Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Azərbaycan Güləş Federasiyasının fəxri prezidenti Abbas Abbasov Bakıya gəlib. Lent.az-ın məlumatına görə, onun Vətənə gəlməsində məqsəd övladı Vüsal Abbasova toy etməkdir. Toyda Azərbaycanın tanınmış simalarının iştirak edəcəyi bildirilir. Azərbaycanlı milyarder, Türkiyədəki “Mardan Palace” otelinin sahibi Telman İsmayılovun da dostu Abbas Abbasovun oğlunun toy mərasimində iştirak edəcəyi gözlənilir.
Oktyabrın 3-də Bakıdakı “Buta” Sarayında toyu olacaq Vüsal Abbasovun isə 24 yaşı var. O, Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, hazırda həmin institutun aspirantıdır. V.Abbasov həm də Rusiyanın “Lukoil” şirkətində çalışır. O, şirkətin Türkiyə bölümündə işləyir.
Vüsal Abbasov baş nazirin sabiq birinci müavininin 4 oğlundan axırıncısıdır.
Pərvin ABBASOV

791