Vəsatətləri təmin olunmayan vəkil məhkəmə zalını tərk etdi
Sentyabrın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC tikinti şirkətinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə 16 zərərçəkənin vəkili Vidadi İsgəndərovun qaldırdığı vəsatətlər müzakirə olunub.
Xatırladaq ki, V.İsgəndərov keçən prosesdə audioçəkilişlərin aparılmasına icazə verilməsi, “GEN” MMC-nin şəriki Elbrus Hacıyevin məhkəməyə çağırılması, Nəsimi, Xətai, Abşeron və Göygöl rayonlarının İcra Hakimiyyəti başçılarının məhkəməyə şahid qismində çağırılması, məhkəmənin şirkətin telekanallarda yayımlanan reklam rolikini tələb etməsi, Lider, İTV, AZTV, SPACE və Türkiyənin Samanyolu televiziya kanallarının reklam sahəsində məsul şəxslərin məhkəmədə dindirilməsi və s. barədə vəsatət qaldırıb.
Məhkəmə bu vəsatətlərdən yalnız birini, “GEN” MMC-nin şəriki Elbrus Hacıyevin məhkəməyə çağırılması vəsatətini təmin edib. Digər vəsatətlər isə təmin olunmayıb. Zərərçəkənlərin bir qismi də həmin vəsatətlərin təmin olunmasına ehtiyac duyulmadığını və lazımsız vəsatətlər olduğunu bildiriblər. V.İsgəndərov isə vəsatətləri təmin olunmadığına görə məhkəmə zalını tərk edib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
Fərid Əkbərov

442