Toyda mərasimində faciə
28 sentyabr 2009 18:28 (UTC +04:00)

Toyda mərasimində faciə

Tovuz sakini toyda həmyerlisinin boğazını kəsib

Azərbaycanın Tovuz rayonunda toy mərasimində insident baş verib.

Bu barədə APA-ya Tovuz rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, ötən gün rayon ərazisində keçirilən toy mərasimlərinin birində bıçaqlanma hadisəsi baş verib. Toya qonaq qismində qatılan rayon sakini, 1979-cu il təvəllüdlü Nizami Namazov münaqişə zəminində həmyerlisi, 35 yaşlı Sadıq Tağıyevin boğazını kəsib. S.Tağıyev xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N.Namazov isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar