İş adamı bankdan saxta sənədlə 20 min manat götürüb
Azərbaycanın Lənkəran rayonunda saxta sənədlərlə bankdan pul alan iş adamı həbs edilib.
Bu barədə APA-ya Lənkəran rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Bank of Bakı”nın Lənkəran rayon filialından saxta yolla xeyli miqdarda kredit götürülməsinin üstü açılıb. Hadisəni törətməkdə şübhəli bilinən, Lənkəranda yerləşən “Luks” Ticarət Mərkəzinin rəhbəri, 49 yaşlı Fərman Axundov saxlanılıb.
Araşdırma nəticəsində F. Axundovun saxta sənədlər tərtib etməklə adıçəkilən bankın rayon filialından kredit yolu ilə 20 min manatdan çox vəsait götürməsi müəyyənləşib. Bununla yanaşı, hadisənin iştirakçısı olan daha bir neçə nəfərin məsuliyyətə cəlb ediləcəyi bildirilir.
Lənkəran rayon Məhkəməsinin hökmü ilə ev dustağı edilən F.Axundovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

610