Azyaşlı qız 10-cu mərtəbədən yıxılıb öldü
Azərbaycan paytaxtında 4 yaşlı qız çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılaraq ölüb.
Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Hadisə bu gecə saat 01.00 radələrində rayonun Ağa Nemətulla küçəsi ev 79, mənzil 80-də baş verib. 2005-ci il təvəllüdlü Xədicə Ələmdar qızı Şahmarova yaşadığı mənzilin yataq otağının pəncərəsindən yıxılıb. 4 yaşlı Xədicə hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

482