İran vətəndaşı məhkəmə qarşısında
25 sentyabr 2009 12:44 (UTC +04:00)

İran vətəndaşı məhkəmə qarşısında

Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən İran vətəndaşının eyni cinayət əməlinə görə sayca üçüncü məhkəmə prosesi başlayıb.


Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Roohihir Möhsen üçüncü dəfə məhkəmə qarşısına çıxarılıb. Hazırlıq iclası keçiriləndən sonra məhkəmə baxışı sentyabrın 28-ə təyin olunub.

Qeyd edək ki, R. Möhsen "Binə" Ticarət Mərkəzində bir neçə nəfəri aldadaraq onların etibarını qazanmaqla dələduzluq edib. İran vətəndaşı "Binə" Ticarət Mərkəzinin 10-dan çox işçisinin bir milyon manat pulunu mənimsəyib. Onlardan pul alaraq İranda istehsal olunan saxsı qablar gətirəcəyinə söz versə də, vədinə əməl etməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə R. Möhsen törətdiyi əmələ görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun məhkəmə hökmündən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə baxılıb. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cinayət işinə baxarkən kobud qanun pozuntusuna yol verildiyini əsas gətirərək işə hazırlıq iclasından başlayaraq yenidən baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə qaytarılması barədə qərar çıxarıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ağababa Babayevin sədrliyi ilə R.Möhsenin cinayət işinə yenidən baxılaraq o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hakim Rəsul Səfərovun sədrliyi ilə R. Möhsenin apellyasiya şikayətinə növbəti dəfə baxıb. Məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü ləğv edib və cinayət işini yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərilməsi barədə qərar çıxarıb.

Fərid Əkbərov
# 263

Oxşar yazılar

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA:  Sürücülük hüququndan məhrum edilə bilər

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA: Sürücülük hüququndan məhrum edilə bilər

28 mart 2024 , 20:43
Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12