PPK üzvü olan azərbaycanlı öldürülüb
25 sentyabr 2009 10:30 (UTC +04:00)

PPK üzvü olan azərbaycanlı öldürülüb

Terrorçu Türkiyədə basdırılıb

8-16 sentyabr tarixlərində Türkiyə Silahlı Qüvvələrinin Hakkarinin Çukurça rayonunda, Qazan vadisində PKK terror təşkilatına qarşı apardığı hərbi əməliyyatlarda Cənubi Azərbaycanın Xoy şəhər sakini, “Məzlum Azəri” kod adlı Yəhya Musazadə öldürülüb.


Lent.az-ın verdiyi məlumata görə, bu barədə PKK terror təşkilatına yaxın “Fırat” xəbər agentliyi informasiya yayıb.

Bu gün terrorçunun cəsədi Hakkari Dövlət Xəstəxanasından götürülüb və Hakkaridəki “Tekser” qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində çoxlu sayda PKK tərəfdarı, DTP-li bələdiyyə sədri Fadıl Bedirhanoğlu, DTP-nin rayon təşkilatının sədri Huvzullah Kansu və digər DTP-lilər iştirak ediblər.

Qəbiristanlıqda çıxış edən DTP rayon təşkilatının sədri Huvzullah Kansu deyib ki, Yəhya Musazadə kürd deyil, azərbaycanlı olub, ancaq qardaşlıq üçün bu mübarizəyə qatılıb. O, qorxularından İrandan terrorçunun dəfninə gələ bilməyən ailə üzvlərinin rahat olmalarını, Yəyhanın dəfnində çoxlu sayda insanın iştirak etdiyini söyləyib.

Qeyd edək ki, bu hərbi əməliyyatlar nəticəsində Türkiyə Silahlı Qüvvələri 8 terrorçunu zərərsizləşdirib.
# 316

Oxşar yazılar

Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43