Yasamalda ev uçub
24 sentyabr 2009 18:30 (UTC +04:00)

Yasamalda ev uçub

Xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görüblər


Sentyabrın 23-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, ikimərtəbəli yaşayış evinin dayaq divarı 1 kv.m. sahədə uçub.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 14:14-də başa çatıb.
# 291

Oxşar yazılar