FHN leysan yağışları nəticəsində baş verən fəlakətlə balı məlumat yayıb
20 sentyabr 2009-cu il tarixindən başlayaraq, respublikanın bəzi ərazilərində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağışlar yağıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qısa müddət ərzində aylıq normadan iki dəfə çox miqdarda yağan leysan yağışları nəticədə, Hacıqabul rayonun mərkəzi, Nəvah kəndi, habelə Bakı-Hacıqabul avtomobil yolunun kənarında subasma hadisəsi baş verib.
Eyni zamanda respublikanın şimal bölgəsində də, Xaçmaz rayonunun Nərəcan, Alekseyevka, Gödəkli, Maqsudkənd və Ləcət, Qusar rayonunun Yasaboba, Əniqoba və Hiloba kəndlərində 20 sentyabr 2009-cu il tarixində yağan güclü leysan yağışları nəticəsində Xanarx kanalının üzərindəki körpülər və suötürücülər ətrafında daşqın baş verib, yaşayış evlərinə, magistral avtomobil yollarına və tikililərə ciddi zərər dəyib.
Hacıqabul və Xaçmaz rayonları ərazisində əmələ gəlmiş daşqınların nəticələrini aradan qaldırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda şəxsi heyəti və texnikası cəlb olunub, su basmış ərazilərdən suların axıdılması təmin olunmuş, təhlükəli ərazilərdən əhali təxliyə edilib.
Müvafiq tədbirlərin görülməsi davam etdirilir.

349