Xızıda qadını öz maşınında güllələdilər
24 sentyabr 2009 11:30 (UTC +04:00)

Xızıda qadını öz maşınında güllələdilər

Bakı sakini Sevda Hüseynova başından güllə yarası alıb

Sentyabrın 24-də saat 05.00 radələrində Xızı rayonunun Şuraabad kəndi ərazisində Bakı şəhər sakini Sevda Hüseynovanın başında güllə yarası olan meyiti özünə məxsus “Nissan” markalı avtomaşında tapılıb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avtomaşının yan şüşəsi sınıb, hadisə yerindən ov tüfənginə məxsus 2 ədəd giliz götürülüb. Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elmir Quliyev tutulub, ondan 1 ədəd “Vinçester” markalı beşaçılan tüfəng götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
# 347

Oxşar yazılar