Tarixin ən möhtəşəm bank soyğunu
Soyğunçular 10 milyonlarla avro aparıblar
Dünən İsveçin paytaxtı Stokholmda qəribə və dahiyanə düşünülmüş soyğunçuluq həyata keçirilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarında silahlı və maskalı soyğunçular oğurladıqları vertolyotla “G4S” adlı dünyanın ən böyük təhlükəsizlik şirkətlərindən birinin qoruduğu, nağd pulların və qiymətli daşların saxlandığı anbarın damına eniblər.
Soyğunçular binanın damına qumbara atmaqla dələrək içəri keçiblər. Pulların saxlandığı ən alt qata enən soyğunçular pulla dolu çuvalları vertolyota yükləyərək aradan çıxıblar.
15 dəqiqə sürən oğurluq olayı zamanı soyğunçular şəhərdəki bütün polis vertolyotlarının içinə və yaxınlığına şübhəli çantalar qoyublar. Polislər həmin çantalarda bomba olmasından ehtiyatlanıblar.
Soyğunçuların istifadə etdikləri vertolyot bir müddət sonra şəhərdən 10 kilometr aralıda boş ərazidə tapılıb. Soyğun zamanı binada olan 20-yə yaxın insanın bəxti gətirib, onlar xəsarət almayıblar.
Oğurlanan pulun miqdarı açıqlanmasa da, söhbət 10 milyonlarla avrodan gedir. Bu səbəbdən paytaxtda bir neçə gün pul qıtlığı olacağı bildirilir.

486