Orenburqda qətl törədən azərbaycanlının kimliyi müəyyənləşdi
Konsulluq: İsa Qasımov bizim əməkdaşımız olmayıb
Həyat yoldaşını öldürməkdə ittiham olunan İsa Qasımov heç zaman Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun əməkdaşı olmayıb.
Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan məlumat verilib.
Konsulluqdan bildiriblər ki, haqqında söhbət gedən İsa Qasımov 2001-ci ildən Sankt-Peterburqda yaşayır lakin diplomatik nümayəndəliyin əməkdaşı olmayıb: “Biz onu tanıyırıq, lakin o bizim əməkdaş deyil. İsa Qasımov Qarabağ müharibəsində kontuziya almış şəxsdir”.
Azərbaycan Yazıçılar Birliyindən APA-ya verilən məlumata görə, İsa Qasımovu tanımırlar və bu adamın adı fəxri ad almış şairlər siyahısında yoxdur.
Qeyd edək ki, Orenburq vilayət məhkəməsində Qranitnıy qəsəbəsində yaşayan Azərbaycan vətəndaşının həyat yoldaşını qətlə yetirməsi ilə bağlı cinayət işinə baxılacaq.
APA-nın məlumatına görə, Rusiya kütləvi informasiya vasitələri bu şəxsi Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun sabiq mətbuat katibi kimi təqdim edir. Ermənistanda anadan olmuş, Azərbaycan xalq şairi kimi təqdim olunan bu şəxs azyaşlı qızının gözü qarşısında arvadını qətlə yetirməkdə ittiham olunur: “İstintaq zamanı məlum olub ki, qətldə şübhəli bilinən şəxs içkili vəziyyətdə həyat yoldaşının döş nahiyəsinə bıçaqla üç dəfə zərbə endirib. Hadisə həmin şəxsin altı yaşı qızının gözü qarşısında baş verib. Kişi cinayəti törətdikdən sonra intihara cəhd edib”.
İlkin məhkəmə baxışının tarixi yaxın günlərdə bəlli olacaq.

346