Taksi sürücüsünü öldürən qardaş-bacıya cəza istəndi
Sentyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə taksi sürücüsü Aşır Nəsirovu qətlə yetirməkdə təqsirləndirilən bacı-qardaş Solmaz və Səbuhi Rəhimovların cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı S. Rəhimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120.2 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq 15 il müddətinə, S. Rəhimovanın isə həmin maddə ilə ittiham olunaraq 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilli Mənsum Bayramov çıxışında müdafiə etdiyi şəxslərin bu cinayəti törətmədiklərini və cinayət işi üzrə istintaqın düzgün aparılmadığını bildirib. O, ittiham tərəfinin ortaya yetərli sübutlar qoymadığını söyləyib. Hakim növbəti prosesi oktyabrın 2-ə təyin edib.
Qeyd edək ki, 2008-ci il dekabrın 16-da taksi sürücüsü Aşır Nəsirov Novxanı bağları massivində Səbuhi Rəhimov və Solmaz Rəhimova tərəfindən qətlə yetirilib. Onlar Cinayət Məcəlləsinin 120.2 maddəsi ilə təqsirli bilinirlər.
Fərid Əkbərov

342