87 yaşlı qadının gözlərini çıxardılar
23 sentyabr 2009 11:15 (UTC +04:00)

87 yaşlı qadının gözlərini çıxardılar

Yaşlı qadın tamah məqsədilə qətlə yetirilib

Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində dəhşətli qətl hadisəsi baş verib.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyevin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, sentyabrın 19-da gecə yarısı Qaratəhlə kənd sakini, 87 yaşlı Qəndab Hüseynova tənha yaşadığı evində naməlum şəxslər tərəfindən gözləri çıxarılaraq və bıçaqlanaraq vəhşicəsinə öldürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və əməliyyat-axtarış tədbirləri keçirilib. Sentyabrın 22-də səhər kənd sakinləri, Q.Hüseynovanın qaynının oğlu Teymur Hüseynov və Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıblar. Onlar Q.Hüseynovanı qətlə yetirdiklərini etiraf edərək cinayəti tamah məqsədilə törətdiklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar