Qüdrət Həsənquliyev “Yeni Müsavat”a sərt cavab verdi
19 sentyabr 2009 18:00 (UTC +04:00)

Qüdrət Həsənquliyev “Yeni Müsavat”a sərt cavab verdi

“Rauf Arifoğlunun özü həmişə sifarişlə yazı yazıb”


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetində guya nəqliyyat nazirinə qarşı pərdəarxası oyunlarda iştirak etməsi ilə bağlı dərc olunan yazıya sərt reaksiya verib.

BAXCP sədri Lent.az-a açıqlamasında deyib ki, bu qəzetin baş redaktoru Rauf Arifoğlu öz əxlaqıyla bu məsələlərə yanaşır. Rauf Arifoğlunun özünün həmişə sifarişlə yazı yazdığını vurğulayan Qüdrət Həsənquliyev əmindir ki, onunla bağlı son yazı da kiminsə sifarişiylə yazılıb.

BAXCP sədri qeyd edib ki, “Yeni Müsavat” qəzeti dəfələrlə müsahibə götürərkən fəvqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətləri barədə ona sual ünvanlayıb: “Mən demişəm ki, Kəmaləddin Heydərov qonşu kənddəndir və mənim onunla normal münasibətim var. Bu hökumətin tərkibində hörmət etdiyim azsaylı nazirlərdən, şəxslərdən biridir. Amma bu o demək deyil ki, mən bu və ya digər məsələyə münasibət bildirmək üçün kimdənsə tapşırıq almalıyam, yaxud kimsə mənə tapşırıq verməlidir”.

Millət vəkili nəzərə çatdırıb ki, vəkil Vidadi İsgəndərovla prokurorluq orqanlarınla bir yerdə işləyib və bir-birlərini yaxşı tanıyırlar: “Bundan əvvəl də o, “Gen” MMC şirkətiylə bağlı mənə müraciət etmişdi. Mən o zaman parlamentdə bu məsələni qaldırdım, “Gen” MMC-nin nümayəndələriylə görüşdüm. İndi də Vidadi İsgəndərov məndən deputat kimi Dəvəçidə Nəqliyyat Nazirliyinin müfəttişlərinin bir sürücüyə qaraşı törətdikləri zorakılıqla bağlı məsələyə müdaxilə etməyimi xahiş etdi. Həm zərərçəkmişin anası, həm də zorakılığa məruz qalan şahidlərdən biri də mənə yazılı ərizə ilə müraciət etmişdilər”.

BAXCP sədri bildirdi ki, bu olayda cinayət xarakterli əməl olduğu və Milli Məclisin də iclası olmadığı üçün baş prokurora müraciət edib ki, bu cür halları araşdırsın, şəxsi nəzarətinə götürərək obyektiv qiymət versin: “Son vaxtlar “Yeni Müsavat” qəzetinin özündə kifayət qədər Nəqliyyat Nazirliyindəki özbaşnalıqlar, qanun pozuntuları, sürücülərdən zorla pul yığılması, onların avtomobillərinin dövlət nömrə nişanının qanunsuz açılması, o cümlədən Nəqliyyat Nazirliyinin müfəttişlərinin sürücüləri döyməsi ilə bağlı yazılar dərc olunub”.

Baş prokurorla münasibətlərinə gəlincə, Qüdrət Həsənquliyev qeyd edib ki, “Yeni Müsavat”da bu barədə yazılanlar da böhtandır: “Prokurorla bağlı müddətin götürülməsi ilə əlaqədar məsələ ilk dəfə mənim tərəfimdən qaldırılıb. Bu barədə ilk dəfə mən Milli Məclisə təklif vermişəm. Bu yaxınlarda da parlamentdə müvafiq komissiyada bu məsələyə baxılacaq. Mən hesab edirəm ki, Konstitusiyada prezident seçkiləri ilə bağlı məhdudiyyət götürülüb, xalq öz iradəsini ifadə edib, bundan sonra hər hansı vəzifəyə bu tipli məhduiyyətlərin qoyulması düzgün deyil. Təyin edən və seçən orqan həmin şəxsin vəzifədə nə qədər və hansı müddətə qalmağa layiq olduğunu özü müəyyənləşdirməlidir. Ona görə də baş prokurorla münasibətlərim barədə yazılanlar növbəti cəfəngiyyatdır”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, o, kiminsə vurulması, kiminə vəzifəyə gətirilməsi oyunlarında heç vaxt iştirak etməyib: “Hansı məsələni düzgün hesab etmişəmsə, millət vəkili kimi o məsələyə münasibət bildirmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21