Ukraynada 43 yaşlı azərbaycanlı güllələndi
Sentyabrın 16-da Ukraynanın Donetsk şəhərində 43 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib. Lent.az-ın “Unian” agentliyinə istinadən məlumatına görə, hadisə şəhərin Kiyev prospektində, yaşayış evinin həyətində baş verib.
Ukrayna DİN-in Donetsk vilayəti üzrə Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İqor Demin bildirib ki, hadisəni törədənlərin kimliyi hələlik bəlli deyil. Onun dediyinə görə, hadisədən sonra 4 şübhəli şəxs “Şevrolet” markalı avtomobilə minərək aradan çıxıblar.
Cinayətkarların axtarışı davam edir.

618