Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
16 sentyabr 2009 18:26 (UTC +04:00)

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

18 yaşlı hərbçinin vəziyyəti normaldır

Ermənistan Silahlı Qüvvələri bu gün səhər saatlarından başlayaraq, Ağcabədi rayonu istiqamətində atəşkəsi pozub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri, 2008-ci ildə Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1991-ci il təvəllüdlü Mehbalıyev Samir Nizam oğlu çiyin nahiyəsindən yüngül yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və hərbi hissəyə qaytarılıb.

Müdafiə Nazirliyi APA-ya faktı təsdiqləyib. Yaralanan əsgərin vəziyyətinin normal olduğu bildirilib.

Cəbhənin Ağdam rayonu istiqamətində isə Azərbaycan Ordusunun giziri yaralanıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Kərimov Rahib Mirələm oğlu silahla ehtiyatsız davranaraq atəş açıb və ayağından yaralanıb. Onun vəziyyəti kafidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46