Evindən oğurluq etdiyi qadını zorladı, ağır cəza aldı
Sentyabrın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə oğurluq etdiyi mənzilin sakininə təcavüz etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Yaqubova hökm oxunub. Hökmə əsasən, F.Yaqubov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq), 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 181-ci (quldurluq) maddələri ilə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, əvvəllər oğurluq əməli ilə məhkum edilmiş Fariz Gülağa oğlu Yaqubov bu ilin mart ayında Bakıda 3 evi qarət edib. Qarət etdiyi evlərdən birində tək olan qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Fərid Əkbərov

439