12 yaşlı hamilə qız doğuş zamanı öldü
14 sentyabr 2009 18:31 (UTC +04:00)

12 yaşlı hamilə qız doğuş zamanı öldü

Yəməndə qızların 25 faizi 15 yaşına çatmamış ərə verilir


Yəməndə ailəsi tərəfindən 11 yaşında ərə verilən və hamilə qalan qız 12 yaşında uşaq dünyaya gətirərkən ölüb.

Lent.az-ın məlumatına görə, Fevziye Abdullah Yusuf paytaxtdan 223 kilometr uzaqlıqdakı Huday vilayətindəki xəstəxanada keçinib.

“Siyaj” İnsan Haqları Təşkilatının rəhbəri Ahmed el-Kurayşi açıqlamasında Yəməndə buna bənzər hadisələrin tez-tez olduğunu deyib. Onun sözlərinə görə, ölkədə hər il minlərlə azyaşlı qız ərə verilir. Onların çoxunun aqibəti belə olur. Təşkilat rəhbəri hesab edir ki, qızların kiçik yaşlarında ərə verilməsinin əsas səbəbi savadsızlıq və kasıblıqdır.

Ərəb dünyasının ən kasıb ölkəsi olan Yəməndə qız uşaqlarının 25 faizi 15 yaşına çatmamış ərə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar