Ali məktəblərə saxta yolla tələbə qəbul etdirənlər azadlıqda
14 sentyabr 2009 15:30 (UTC +04:00)

Ali məktəblərə saxta yolla tələbə qəbul etdirənlər azadlıqda

Təqsirləndirilən şəxslərə şərti cəza verilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan ali məktəblərinə testdənkənar yolla tələbə qəbulu etdirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən Emil İsgəndərov, Vilayət Əliyev və Azər Məmmədova hökm oxunub. Onların hər biri 4 il sınaq müddəti olmaqla həbs cəza alıb.
Təqsirləndirilən İsaməddin Daşdəmirov, Gülçöhrə Məmmədova və Səbinə Təhməzovaya 2 il sınaq müddəti olmaqla 7 il şərti cəza verilib.
Təqsirləndirilən Ədalət Abbasov isə 5 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza alıb.
Daha sonra təqsirləndirilən şəxslərin hamısı məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Emil İsgəndərov, Vilayət Əliyev, Azər Məmmədov, İsaməddin Daşdəmirov, Gülçöhrə Məmmədova və Səbinə Təhməzova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham olunublar.

İttihama görə, onlar 2004-2007-ci illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ailə məktəblərə tələbə qəbulu etdiriblər. Lakin tələbələrin qəbulu sona kimi çatdıra bilməyiblər. Zərərçəkmişlər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar