Nazim Quliyevə qarşı yeni ittiham
14 sentyabr 2009 13:00 (UTC +04:00)

Nazim Quliyevə qarşı yeni ittiham

“İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyevə qarşı növbəti ittiham irəli sürülüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən APA-ya verilən məlumata görə, ittihama əsasən, N. Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilir.

Cinayət işinə hakim Azər Orucovun sədrliyi ilə məhkəmə heyəti tərəfindən baxılacaq.

Prosesin hazırlıq iclası sentyabrın 18-də keçiriləcək.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli qərarı ilə N. Quliyevə Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə bəraət verilib. Həmin iddiaya görə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə isə o, təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və “Qarabağın Həcəri” kimi tanınan Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar