Azərbaycanın hərbi vertolyotları cəbhə xəttində uçuşlar həyata keçirib
11 sentyabr 2009 19:00 (UTC +04:00)

Azərbaycanın hərbi vertolyotları cəbhə xəttində uçuşlar həyata keçirib

Uçuşlar planlaşdırılan təlim məşqləri olub


Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 10 vertolyot bu gün Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy rayonları istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, uçuşlar saat 11.00-dan başlayıb. Bir qədər sonra isə vertolyotların hamısı geri dönüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uçuşlar planlaşdırılan təlim məşqləri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar