Dövlət ittihamçısı terrorçulara cəza istədi
11 sentyabr 2009 15:00 (UTC +04:00)

Dövlət ittihamçısı terrorçulara cəza istədi

Onlar “Əl-Qaida”, “Hizbullah” və “Sepah”la əməkdaşlıqda təqsirləndirilirlər

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Əl-Qaida”, “Hizbullah” təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) xüsusi idarəsi ilə əməkdaşlıq edərək, Azərbaycanda bir sıra terror aktları törətməyə cəhddə təqsirləndirilən Livan və Azərbaycan vətəndaşlarından ibarət dəstənin cinayət işi üzrə prosesdə prokuror Ehtiram Baxşəliyev təqsirləndirilən şəxslərə cəza istəyib.

Lent.az-ın məlumatına görə, prokuror Livan vətəndaşları Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseynin hər birinə 15 il, Cavad Məmmədov və Vidadi Rəsulovun hər birinə 14 il, Müşfiq Amanov və Əfqan Balaşovun isə hər birinə 13 il həbs cəzası verilməsini xahiş edib. Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 28. 214, 228 və 274-cü maddələrilə ittiham olunmasını istədiyini bildirib.

Proses sentyabrın 23-də davam etdiriləcək.

Xatırladaq ki, ittihama görə, Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Al-Qaida” terror təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Terror təşkilatı həmin şəxslərə Azərbaycanda bir sıra terror aktları həyata keçirmək tapşırığı verib. Onlar təlimata uyğun olaraq Azərbaycanın Quba və Qusar rayonlarında vətəndaşlar arasında təbliğat aparıblar.

Livan vətəndaşları Cavad Məmmədovu, Vidadi Rəsulovu, Müşfiq Amanovu, Əfqan Balaşovu öz sıralarına cəlb edə biliblər. Kərəki Əli Məhəmməd Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi təklif edib. Dəstə üzvləri razılığa gələndən sonra bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.

Dəstə üzvləri ABŞ, İsrail və digər Qərb dövlətlərinin siyasətinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə, yəni “cihad” etmək qərarına da gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrail səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə plan hazırlayıblar. Bu məqsədlə Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzinin və İsrail səfirliyinin binası ilə üzbəüz binada mənzil kirayələyiblər. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılıb.

Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Məmmədov Cavad Məmmədrəsul oğlu, Rəsulov Vidadi Rahil oğlu, Amanov Müşfiq Əyyub oğlu, Balaşov Əfqan Yunus oğlu Cinayət Məcəlləsinin casusluq, dövlətə xəyanət, qanunsuz silah gəzdirmə və digər maddələrlə təqsirləndirilirlər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21