Bakıda qətl törədən Rusiya vətəndaşına hökm oxundu
Sentyabrın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rusiya Federasiyasının vətəndaşı İqor Bazilevski və Anar Nuriyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə son söz verilib. İ.Bazilevski və A. Nuriyev tutduqları əməldən peşman olduqlarını bildiriblər. Sonra hökm oxunub. Hökmə əsasən, İ.Bazilevski Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120.1, 120.2.4, 120.2.9 (qəsdən adam öldürmə) və 177.2.1-ci (oğurluq) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə, A. Nuriyev isə CM-nin 120.1, 120.2.4, 120.2.9 və 177.2.9 maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd edək ki, İqor Bazilevski və Anar Nuriyev 2008-ci il dekabrın 16-da Xətai rayon sakini Rafiq Əliyevi qətlə yetiriblər. Naximov küçəsində yaşayan Rafiq Əliyevin bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Həmin gün İ.Bazilevski 52 yaşlı Aleksandr Qolekovu da qətlə yetirib. Meyiti müayinə edən tibbi ekspertiza onun baş nahiyəsində xəsarət əlamətlərinin olduğunu müəyyən edib. A. Qolekovun başından aldığı zərbə nəticəsində öldüyü təsdiqləndikdən sonra Sabunçu rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü İqor Bazilevski saxlanılıb. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı A. Qolekovu “butılka” ilə başından vuraraq qətlə yetirdiyini etiraf edib.
Fərid Əkbərov

526