Qonşu qatilinə 11 illik həbs
Sentyabrın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmkəndlisi Soltan Aydəmirovu öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini Xoşbəxt Xəlilova hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə prokuror təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili isə X.Xəlilovun bu cinayəti xuliqanlıq niyyəti ilə törətmədiyini, aralarında düşən mübahisə zamanı təqsirləndirilən şəxsin bıçaqla S.Aydəmirovu qətlə yetirdiyini söyləyib. Vəkil S.Aydəmirovun X.Xəlilova borclu olduğunu, borcunu qaytarmaq istəmədiyini və onların hadisədən əvvəl görüşüb borc haqqında söhbət etdiklərini qeyd edib, X. Xəlilovun cinayət işinin CM-nin 120.2.2-ci maddəsindən 120.1-ci (Qəsdən adam öldürmə,yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunmasını və himayəsində iki azyaşlının olmasını, törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi məhkəmənin nəzərinə çatdırıb.
Təqsirləndirilən şəxs də son sözündə cinayəti bilərəkdən törətmədiyini, S.Aydəmirovun ona borclu olduğunu və qətli də aralarında yaranan mübahisə zamanı törətdiyini bildirib. X.Xəlilov ona qarşı irəli sürülən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsini düzgün olmadığını bildirib. Sonra hökm oxunub. Hökmə əsasən X. Xəlilov CM-nin 120.1 maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Fərid Əkbərov

436