Mövqelərimiz atəşə tutulub
09 fevral 2011 10:12 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 9-da saat 01.15-dən 01.30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, fevralın 8-də saat 18.20-dən 18.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.15-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.



Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281

Oxşar yazılar