Ermənilər Ağdam cəbhəsindən hücuma keçiblər
Düşmənin hücumu dəf edilib, 5 əsgəri öldürülüb
Ermənistan Silahlı Qüvvələri bu gün saat 9.23 radələrində Ağdam rayonu istiqamətində hücuma keçib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hücumun qarşısını alan Azərbaycan əsgərləri ilə ermənilər arasında güclü atışma olub. Düşmənin həmləsinin qarşısı alınıb, atışma nəticəsində 5 erməni əsgəri öldürülüb, 3-ü ağır yaralanıb. Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kürək nahiyəsindən güllə yarası alıb. Onun hərbi hospitala yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.

961