İstintaq təcridxanasında narkotik qalmaqalı
10 sentyabr 2009 11:00 (UTC +04:00)

İstintaq təcridxanasında narkotik qalmaqalı

Nəzarətçi Şüvəlandakı 3 saylı istintaq təcridxanasına narkotik keçirməyə cəhd edib

Azərbaycanda istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən gün axşam saat 19.00 radələrində Penitensiar Xidmətin əməliyyat aparatı və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri zamanı həmin təcridxanada nəzarətçi vəzifəsində çalışan, ədliyyə kiçik çavuşu Əsədov Elçin Fəxrəddin oğlunun özü ilə gətirdiyi kiçik ərzaq bağlaması yoxlanılan zaman qəndin içərisində gizlədilmiş, təxminən 2 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar