Hərbi hissədə faciə: 2 ölü
09 sentyabr 2009 14:00 (UTC +04:00)

Hərbi hissədə faciə: 2 ölü

Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində təlim zamanı faciəli hadisə baş verib.


Məlumatlı mənbələrdən Lent.az-a verilən xəbərə görə, hadisə nəticəsində 2 nəfər həlak olub.

Təlimdə istifadə olunan zirehli texnikanın aşması nəticəsində Azərbaycan Ordusunun giziri, 1983-cü ildə Ağstafada anadan olmuş Yusifov Ramal Şofer oğlu və müddətdən artıq xidmət göstərən hərbi qulluqçu, Naxçıvan Muxtar Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Qədimli Rahib Alim oğlu həlak olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a fakt təsdiqlənib.

Hadisənin səbəbləri araşdırılır.

Pərvin ABBASOV
# 1578

Oxşar yazılar