3 müəssisə rəhbəri cərimələnib
Ekoloji qanunu pozan müəssisələr arasında Qafqaz Konserv Zavodu da var
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlayıb. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqin nəticələri ilə əlaqədar Ətraf Mühitin Mühafizəsi Departamentinin də əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin müəssisələr arasında Qafqaz Konserv Zavodu da var. Belə ki, zavodda təmizləyici qurğunun quraşdırılmaması səbəbindən təmizlənməmiş bütün nov tullantı suları müəssisənin yaxınlığından keçən kanal vasitəsilə Qudyalçaya axıdılıb. Faktla əlaqədar müəssisənin direktoru barəsində akt tərtib edilib, çatışmazlıqların aradan qaldırılması üçün müddətli “məcburi göstəriş” verilib.
Növbəti belə pozuntu Nabran Xəzər sahili zolağında yerləşən “Geofizik” İstirahət Mərkəzində qeydə alınıb. Çirkab sularının bir qismi müqavilə əsasında Xudat şəhərində yerləşən “Dostluq” MMC-yə təhvil verilsə də, digər bir qisminin təmizlənmədən Xəzər dənizinə axıdılması faktı aşkarlanıb. Faktla əlaqədar cavabdeh şəxs 10 000 manat cərimələnib və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
“Dostluq” MMC-yə isə müvafiq qanun pozuntusu ilə 10 000 manat məbləğində cərimə tətbiq olunub. Bu müəssisənin rəhbərinə də çatışmazlıqların aradan qaldırılması üçün müddətli “məcburi göstəriş” verilib.
Elxan SALAHOV

493