Xilasedicilərimiz "ZHETYSU 2009" beynəlxalq təlimində iştirak edirlər
Məqsəd fövqəladə hal zamanı xilasetmə bölmələrinin birgə fəaliyyətinin həyata keçirilməsidir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 27 nəfərdən ibarət axtarış-xilasetmə və kimyəvi, bioloji, radioloji və nüvə komandası NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 5-11 sentyabr 2009-cu il tarixlərində Almatı şəhərinin yaxınlığında təşkil olunan "ZHETYSU 2009" beynəlxalq təlimində iştirak edir.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, təlimin əsas məqsədi Qazaxıstan ərazisində baş verə biləcək fövqəladə hal zamanı beynəlxalq və yerli xilasetmə bölmələrinin birgə fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Tədbirə NATO-nun üzv və tərəfdaş dövlətlərindən 26 ölkə, eləcə də Birləşmiş Millətlər Təşkilatının, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinin müvafiq strukturları cəlb olunmuşdur. Bütövlükdə, tədbirdə 1500 nəfərdən çox təlim iştirakçısı və müşahidəçi iştirak edir.

512