Paytaxtda baş vermiş mənzil qarətinin üstü açılıb
08 sentyabr 2009 12:00 (UTC +04:00)

Paytaxtda baş vermiş mənzil qarətinin üstü açılıb

Bakı sakini Rəşidə Behbudovanın evini qarət edən şəxs həbs edilib. Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprel ayının 21-də paytaxtın M.Seyidov küçəsində yaşayan Rəşidə Behbudovanın mənzilindən açar seçmə yolu ilə 500 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Rövşən Əliyev həbs edilib.

Faktla bağlı araşdırma aparılır.


Hafiz Heydərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar