“Meşə qardaşları” şahidləri tələb edir
Sənədlərin elan olunması ilə paralel olaraq, şahidlər də dindiriləcək
“Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cinayət işi üzrə sənədlərin elan olunmasına başlanmasının zəruriliyini vurğulayıb. Hakim ittiham tərəfinin iş üzrə 92 şahid təqdim etdiyini, onlardan 70 nəfərinin dindirildiyini, digərlərindən 3-nün xaricdə yaşadığını, 9-nun ifadəsinin təsdiqi barədə məktub göndərdiklərini, 1-nin vəfat etdiyini,1-nin yol qəzasına düşdüyünü, 8-nin isə ünvanını dəyişdiyini bildirib.
Təqsirləndirilənlər məhkəmədən şahidlərin gəlməsini tələb ediblər. Təqsirləndirilən Elnur Bəşirovun vəkili Firdovsi Baxşəliyev müdafiə etdiyi şəxsin üzərində baxış keçirilən zaman hal şahidi olan Vahid Həsənovun və Əbdül Babayevin prosesə gətirilməsini istəyib. Hakim həmin şəxslərə teleqram vurulduğunu, lakin onların ünvanlarını dəyişdiklərini söyləyib. Məhkəmə qərara alıb ki, cinayət işi üzrə olan sənədlərin elan olunmasına paralel olaraq şahidlərin də dindirilməsi davam etsin. Hakim növbəti məhkəmə prosesini sentyabrın 10-a təyin edib
Qeyd edək ki, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

496