Türkiyədə xədimlərin sayı arta bilər
07 sentyabr 2009 19:00 (UTC +04:00)

Türkiyədə xədimlərin sayı arta bilər

Qadın millət vəkilləri uşaqlara cinsi təcavüz edənlərlə bağlı qanun layihəsi hazırlayıblar

Türkiyənin hakim partiyası AKP-nin qadın millət vəkilləri Alev Dedegil və Aşkın Asan uşaqlara cinsi təcavüz edənlərlə bağlı sərt qanun layihəsi hazırlayıblar.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, onların hazırladığı qanun layihəsində müxtəlif cəzalar, o cümlədən uşaqlara cinsi təcavüz edənlərin xədim edilmələri barədə müddəa da var.
Alev Dedegil deyib ki, belələri kimyəvi dərmanlarla xədim edilməlidirlər. Eyni zamanda, onların evləri, malları və pulları müsadirə olunmalı, ali məktəb diplomları ləğv olunmalı, həbsdən sonra həmin şəxsin cinsi təcavüzə uğramış uşaqla eyni şəhərdə yaşaması qadağan edilməlidir.
Millət vəkili istintaq dövründə uşağın ona cinsi təcavüz edənlə bir yerdə hadisə yerinə aparılması prosedurunun da ləğvini tələb etdiklərini vurğulayıb.
Qanun layihəsi 2 ay müddətində hazırlanıb və Türkiyədəki qeyri-hökumət təşkilatlarının əksəriyyəti layihəni dəstəkləyib. Bu səbəbdən də qanun layihəsinin parlamentdə qəbul edilməsi ehtimalı yüksək sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10