Arabul peşman olub
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabulun və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçən məhkəmə prosesində müdafiə tərəfinin vəkillərindən birinin iclasa gecikməsi səbəbindən beş dəqiqəlik fasilə elan olunub. Fasilədən sonra sonuncu şahid - Ağstafa rayonu Köçəsgər kənd sakini, Həsənsu restoranında qabyuyan işləyən Elşad Bayramov məhkəməyə gəlmədiyinə görə, ibtidai istintaq zamanı verdiyi yazılı ifadəsi elan olunub. Həmin ifadədə E. Bayramov 1 iyun 2009-cu il də Ağstafa rayonunda yerləşən Həsənsu restoranında H. Arabulu və onunla birlikdə olan başqa iki türk vətəndaşını gördüyünü bildirib. O, H. Arabulun əvvəlcə onlardan qazlı su və 3 ədəd alma aldığını, sonra isə çay aldığını və saat 23:30 radələrində restoranı iki TIR maşınla tərk etdiklərini söyləyib.
H.Arabul isə məhkəməyə ifadəsində çay içdikdən sonra beyninin dumanlandığını və heç nə xatırlamadığını söyləyib. Daha sonra hakim tərəflərin vəsatətlərinin olmadığı üçün cinayət işi materiallarının tədqiqinə keçib və 10 vərəqdən ibarət inzibati materialları elan edib.
Materiallarda H. Arabulun 2 iyun 2009-cu ildə Azərbaycanla Gürcüstanın dövlət sərhədinin qanunsuz keçərkən bufer zonada sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı və saxlanıldığı zaman sərhəd xidmətinin əməkdaşlarına 30 min ABŞ dolları rüşvət təklif etdiyi əks olunub. H. Arabul inzibati materiallarda əks olunanlarla razılaşmadığını və tutulan zaman ondan alınan ifadənin təzyiq altında verdiyini söyləyib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən 4 gün vaxt istəyib. Müdafiə tərəfinin vəkilləri isə prokurorun istədiyi vaxtın çox uzun olduğunu bildiriblər.
Hakim prosesin sentyabrın 10-da davam etdiriləcəyini bildirib.
Fərid Əkbərov

390