Adnan Hacızadə və Emin Millinin üzərindən həbs qətimkan tədbiri götürülmədi
04 sentyabr 2009 14:00 (UTC +04:00)

Adnan Hacızadə və Emin Millinin üzərindən həbs qətimkan tədbiri götürülmədi

Foto və videogörüntüyə icazə verilmədi

Sentyabrın 4-də günün ikinci yarısında Səbail Rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesində müdafiə tərəfinin vəkillərinin vəsatətləri rədd olunub.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu barədə məhkəmə heyəti müşavirədən sonra qərarını açıqlayıb.

Qeyd edək ki, günün birinci yarısında müdafiə tərəfinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev məhkəmə prosesinin ictimaiyyət üçün açıq olması, mətbuat işçilərinin iştirakına, foto və video çəkilişə şərait yaradılması, təqsirləndirilən şəxslərin üzərindən həbs-qəti imkan tədbirinin götürülməsi barədə vəsatətlə çıxış ediblər.

Növbəti məhkəmə prosesi 16 sentyabr saat 11:00-da keçiriləcək.

Qeyd edək ki, məhkəmə prosesində Avropa Şurası və ATƏT-in Bakı nümayəndəliklərinin, ABŞ səfirliyinin təmsilçiləri, millət vəkilləri Pənah Hüseyn, Cəmil Həsənli, Arzu Səmədbəyli iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03