Adnan Hacızadə və Emin Millinin məhkəməsi başlayıb
Dünən Səbael Rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə Adnan Hacızadə və Emin Millinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə prosesində dövlət ittihamçısı Zeynal Sultanov təqsirləndirilən şəxslərin 127.2.3, 221.2.1 maddələriylə ittiham olunmasını istəyib.
Müdafiə tərəfinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev məhkəmə prosesinin ictimaiyyət üçün açıq olması, mətbuat işçilərinin iştirakına, foto və videogörüntülərin alınmasına şərait yaradılmasını xahiş ediblər. Onların iddiasını məhkəmə heyəti təmin etməyib.
Vəkil İsaxan Aşurov təqsirləndirilən şəxslərin üzərindən həbs qətimkan tədbirinin götürülməsi vəsatəti ilə çıxış edib. Zərərçəkənlərin vəkili Zaur İbadov isə məhkəmə prosesinin bağlı keçirilməsini məhkəmədən xahiş edib.
Hakim Araz Hüseynov deyib ki, növbəti məhkəmə prosesində video və fotogörüntü alınmasına icazə verilə bilər.
Müdafiə tərəfinin qaldırdığı digər vəsatətlər məhkəmə tərəfindən rədd edilib. Hələlik məhkəmə müşavirəyə ayrılıb.
Qeyd edək ki, zərərçəkənlərdən Babək Hüseynov prosesə gəlməyib. Digər zərərçəkənlər – İlkin Əlyiev və Vüsal Məmmədov prosesdə iştirak ediblər.

687