Məşhur dini icmalar qeydiyyata alınmaq üçün Dövlət Komitəsinə müraciət etməyib - EKSKLÜZİV
Bu sıraya “Nərimanov rayon dindarları”, “Şəhidlər məscidi” və “Fatimeyi Zəhra məscidi” dini icmaları daxildir
Azərbaycanda dini icmaların təkrar qeydiyyata alınması üzrə işlər davam edir. Bu barədə Lent.az-ın əməkdaşı ilə söhbətində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, müvafiq qanunvericiliyə əsasən, İslam təmayüllü dini icmalar sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim etməlidir. QMİ isə həmin sənədlər əsasında icma haqqında təqdimat yazır. Daha sonra təqdimat və sənədlər DQİDK-yə təqdim olunur. Bundan sonra Komitə müvafiq qərar qəbul edir.
Lent.az-ın əməkdaşı bəzi məşhur dini icmaların yenidən qeydiyyata alınmaqla bağlı Komitəyə müraciət edib-etməməsi ilə də maraqlanıb. Məlum olub ki, “Nərimanov rayon dindarları” dini icması, “Fatimeyi Zəhra məscidi” dini icması təkrar qeydiyyatla bağlı Komitəyə müraciət etməyib. “Nərimanov rayon dindarları” dini icması birinci qeydiyyat zamanı Komitə tərəfindən qeydiyyata alınsa da, “Fatimeyi Zəhra” dini icması yalnız Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Lakin onların fəaliyyət göstərməsi üçün hər ikisinin Dövlət Komitəsinə müraciət etməsi vacibdir.
Başqa bir maraqlı məqam isə “Şəhidlər” məscidi ilə bağlıdır. Bu məscidin dini icması indiyədək dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərib. Hazırkı qeydiyyat zamanı da bu məscidin dini icması Komitəyə müraciət etməyib.
BDU-nun “Tələbə şəhərciyi”nin həyətindəki “İlahiyyat” məscidinin dini icması isə qeydiyyata alınmaq üçün sənədlərini hazırlayır.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2010-cu il yanvarın 1-dək təkrar qeydiyyata alınmayan dini icmaların ləğv olunması üçün məhkəməyə müraciət edə bilər.
Dini icmalar yalnız qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Həmin hüquqi ünvanlar isə məscidlər olmalıdır.
“Dini etiqad azadlığı haqqında” qanuna bu il edilmiş əlavə və dəyişikliyə əsasən, qeydiyyatsız dini icmaların fəaliyyəti qadağan edilir.
Pərvin ABBASOV

675