Arabulun məhkəməsi təxirə salındı
Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Hüseyn Arabulun işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimov müdafiə tərəfinin məhkəmədə tam tərkibdə iştirak etmədiyi səbəbindən prosesi sentyabrın 4-dək təxirə salıb.
Xatırladaq ki, Hüseyn Arabul və Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar. Bundan əvvəl “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib. Lakin Hüseyn Arabul iyunun 3-də gecə saatlarında Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə, Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb.
Fərid

635