Piyadalar da cərimələnəcək
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırıla bilər
Yaxın vaxtlarda yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı inzibati cəza tədbirləri sərtləşdiriləcək. Xüsusən piyada keçidləri, körpülər və digər yöötürücülərin ətrafında yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr artırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildiriblər ki, artıq bu barədə hazırlanmış yeni təkliflər müvafiq qurumlara təqdim olunub. Həmin təkliflər yolların hərəkət hissəsinin işarələrinə riayət edilməməsi, piyada keçidlərinin düzgün keçilməməsi, ara məsafələri saxlama, dayanma, durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr artırıla bilər. Yeni təkliflərdə hətta belə sürücülərin sürücülük hüququndan məhrum edilməsi, piyadaların isə daha iri məbləğdə cərimə ödəməsi nəzərdə tutulur.
İdarədə bildirirlər ki, Avropada yol hərəkəti qaydalarının pozulmasına görə böyük cərimələr tətbiq edildiyi halda, Azərbaycanda belə hallara qarşı yumşaq davranılır. Bu səbəbdən də qanunu təkrar pozan sürücülər hər dəfə kiçik məbləğdə cərimələr ödəməklə məsuliyyətdən yaxa qurtara bilir.
Elxan SALAHOV

611