Bakıda evi uçurulan türk imam kirayədə yaşayır
Bir müddət əvvəl Bakıdakı evi sökülən “İlahiyyat fakültəsi” camesinin imamı İbrahim Memiş hazırda ailəsilə birgə kirayədə yaşayır. Bu barədə Lent.az-a Bakıda yaşayan Türkiyə vətəndaşlarından biri məlumat verib.
Mənbə evi sökülən imamın Türkiyədən Bakıya avqustun 4-də döndüyünü, sonra isə kirayəyə ev tutduğunu bildirib. İ.Memiş məscid yaxınlığında ev tuta bilmədiyindən, hazırda məsciddən xeyli aralıda yaşayır. İndi o, hər gün “İlahiyyat fakültəsi” məscidinə gedib-gəlmək üçün 2 marşrut dəyişir.
“İmamın BDU-nun “Tələbə şəhərciyində” – məscidin həyətində yerləşən evi isə necə yıxılmışdısa, eləcə də dururdu. Evi tələm-tələsik sökən vaxt demişdilər ki, guya yaxınlıqdakı göydələn sakinləri üçün yol çəkiləcək. Ancaq heç bir yol-filan çəkilmədi. Hətta imamın sökülən evinin daşları da çıxarılmamışdı. Sonradan daşları imamın yaxınları gəlib bir yerə yığdı. Söküntünü aparanlar isə sonradan nəinki yol çəkdilər, ümumiyyətlə heç bir iş görmədilər. Belə görünür ki, məqsəd qəsdən imamın evini sökmək imiş” – deyə, Türkiyə vətəndaşı bildirib.
Xatırladaq ki, İ.Memiş iyulun 4-də Türkiyəyə məzuniyyətə gedib. İyulun 7-si saat 18.00 radələrində isə onun məscidin həyətindəki 5 otaqlı ev ağır texnika vasitəsilə uçurulub. İ.Memiş həmin evdə xanımı və iki övladı ilə yaşayırdı.
Bakı Dövlət Universitetinin“Tələbə şəhərciyi”ndə yerləşən “İlahiyyat fakültəsi” camesinin tikintisinə 1993-cü ildə başlanılıb, 1996-cı ildə isə məscid istifadəyə verilib. Bu ilin may ayında məscidin sənədləri qaydasında olmaması səbəbindən onun fəaliyyətinin dayandırılacağı bildirilsə də, sonradan bu, baş vermədi.
Pərvin ABBASOV

604