Gəncədə 51 yaşlı kişi zorakılıqla qətlə yetirilib
31 avqust 2009 11:03 (UTC +04:00)

Gəncədə 51 yaşlı kişi zorakılıqla qətlə yetirilib

Onun meyiti evinin qarşısından tapılıb

Avqustun 31-də Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Əsgərov Vaqif Həmzə oğlunun meyiti şəhərin Vaqif küçəsindəki evinin qarşısından tapılıb.

Gəncə şəhər Prokurorluğunun müstəntiqi Arzuman Bədəlovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, V.Əsgərov döyülərək qətlə yetirilib. Onun bədənində, əsasən də baş nahiyəsində ağır zərbə izləri var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar