“Sökülən çoxmərtəbəli binalar Nazim İbrahimova məxsusdur”
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini: "Binanı özü tikib, özü də sökür"
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun artıq kiçik fərdi evi yox, 18 mərtəbəli binaların da sökülməsinə zəmin yaradıb. Paytaxtın Səttar Bəhlulzadə küçəsində (əvvəlki Karl Marks prospekti) iki yeni tikilmiş binanın sökülməsi prosesi davam edir. ANS PRESS-in məlumatına görə, söküntü işlərinin sürətli aparılması üçün ağır texnikalar binanın üstünə qaldırılıb.
Özünü binanın rəhbəri kimi təqdim edən Vahid Əmrəliyev sayta bildirib ki, binalar keyfiyyətsiz tikilib və yaşamaq üçün təhlükəli hesab olunub: “İki ildir ki, binalarda iş dayandırılıb və tikintinin davam etdirilməsinə qadağa qoyulub. İki gün əvvəl isə gecə çağırıb bildirdilər ki, binalar sökülməlidir”. Bina sahibi özünə təsəlliverici şəkildə əli ilə yaxınlıqda görünən çoxmərtəbəli binaları göstərərək həmin binalarında da tikintisinin dayandırıldığını bildirib.
V. Əmrəliyev göstərişin kim tərəfindən verilməsi ilə bağlı suala “dövlətin ” deyə cavablandırıb. O, binadan heç kimə mənzil satılmadığını, mülkiyyət hüququ pozulan vətəndaşların olmadığını deyib.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Füzuli Aslanov isə ANS PRESS-ə bildirib ki, sökülən bina Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsusdur. Binanın sökülməsi hər hansı dövlət tapşırığı əsasında edilmir: "Binanı özü tikib, özü də sökür"

787