Hüseyn Arabulun məhkəməsi başlayıb
26 avqust 2009 10:00 (UTC +04:00)

Hüseyn Arabulun məhkəməsi başlayıb

Bu gün onun və daha 5 nəfərin məhkəmə prosesi başlayıb

Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin rəhbəri Hüseyn Arabulun işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Hüseyn Arabulla yanaşı daha beş nəfər də mühakimə olunur. Türkiyə vətəndaşı Ayhan Dönməz , Azərbaycan vətəndaşları Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Ramal Ələkbərov adlı bu şəxslər sərhədi qanunsuz keçmək istəyən Hüseyn Arabula dəstək verməkdə günahlandırılır. Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçmə və buna cəhd, rüşvət vermə və sair maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, Hüseyn Arabul iyunun 3-də gecə saatlarında Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə, Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb.

Hüseyn Arabul 2007-ci ildə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti azadlıqdan məhrum edilib. Hökmə əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar